ABŞ Navalnının zəhərlənməsində əli olan FTX əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib

ABŞ rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsində əli olan FTX-nin dörd əməkdaşına qarşı yeni sanksiyalar tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Belə ki, Kriminalistika İnstitutunun 3 əməkdaşı, eləcə də FTX-nin bir əməliyyatçısı sanksiyaya məruz qalıb.

Xatırladaq ki, 2020-ci il avqustun 20-də Tomsk və Novosibirskdə seçki kampaniyasından sonra Moskvaya təxminən 30 dəqiqəlik təyyarə ilə qayıdan Navalnı ağır xəstələnib və Omskda müalicə olunub.

ABŞ hökuməti hesab edir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Navalnını zəhərləmək üçün “Noviçok”dan istifadə ediblər.

ƏvvəlkiOrdumuzun Ermənistanın mövqelərini atəşə tutması barədə məlumat yalandır
NövbətiBatma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib