ABŞ Konqresi Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətinin məhdudlaşdırılması barədə qətnaməyə baxacaq

ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə ölkə prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsindəki səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni müzakirə edəcək.

Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Nümaytəndələr Palatasının sədri  Demokratlar Partiyasından olan konqresmenlərə göndərdiyi məktubda bildirilib.

“ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq üçün bu həftə Nümayəndələr Palatası hərbi səlahiyyətlər haqqında qətnamə təqdim edəcək və səsvermə keçirəcək. Bu qətnamə Senatda Tim Keyn tərəfindən təqdim edilənə bənzərdir. Qətnamə qanunvericilər tərəfindən növbəti addımların olmadığı təqdirdə administrasiyanın İrana qarşı atdığı hərbi əməliyyatların 30 gün ərzində dayandırılmasını tələb edərək, Konqresin çoxdan müəyyən edilmiş nəzarət öhdəliklərini təsdiq edir”, – N.Pelosi bildirib.

Əvvəlkiİran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır
NövbətiMüdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini 23 dəfə pozub