ABŞ-ın Beyrutdakı səfirliyi atəşə tutulub

ABŞ-ın Livanın paytaxtı Beyrutdakı səfirliyi şəxsiyyəti hələlik məlum olmayan şəxslər tərəfindən atəşə tutulub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hücum zamanı səfirliyin qapısına və binanın önündəki avtomobillərə güllələr dəyib. Atəşin açıldığı silahın modeli, həlak olanlar və ya yaralananlar barədə məlumat yoxdur. Səfirlik hücumla bağlı hələlik açıqlama verməyib.

Hadisənin ABŞ-ın Beyrutdakı səfirliyinin binasına 1984-cü il sentyabrın 20-də bomba yerləşdirilmiş avtomobillə edilən hücumla eyni günə təsadüf etməsi diqqət çəkir.

ƏvvəlkiM-1 magistral avtomobil yolunun bir hissəsində aparılan yenidənqurma işləri yekunlaşır
Növbəti“Avrora” MMC-də qanvermə aksiyası keçirilib