ABŞ hərbi paradı təxirə saldı

ABŞ-ın Müdafiə Nazirliyi ölkə prezidenti Donald Trampın noyabr ayında təşkil etmək istədiyi hərbi paradı 2019-cü ilə qədər təxirə salmaq qərarına gəlib.

Türk.az rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Amerika hökuməti hərbi paradı I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə keçirmək qərarına gəlib. Bəzi məlumatlara görə, parad Vaşinqtona 92 milyon dollara başa gələ bilər.

“Biz əvvəlcə bunu noyabrın 10-da keçirməyi planlaşdırırdıq, lakin indi 2019-cu ildə nəzərdən keçirmək qərarına gəldik”, — deyə Pentaqon rəsmisi Robert Menninq bildirib.