ABŞ-da xəstəxanalara kiberhücum olub, bir çox ştatlarda səhiyyə xidmətləri dayanıb

ABŞ-ın Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.

“Report” bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, xəstəxanalardakı kompüter sistemlərinə edilən kiberhücum bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub. Bir çox xəstə müalicə üçün başqa xəstəxanalara göndərilib.

“Kiberhücum haqqında öyrəndikdən sonra onları qorumaq üçün sistemlərimizi oflayn vəziyyətə saldıq və kibertəhlükəsizlik mütəxəssislərinin köməyi ilə araşdırma başlatdıq. Araşdırmalarımız davam etdikcə, biz mümkün qədər tez normal əməliyyatlara qayıtmaq üçün səylə çalışırıq və diqqətimizi xəstələrimizin təcili ehtiyaclarını qarşılamağa yönəldirik”, – “Prospect Medical Holding”-dən verilən açıqlamada bildirilib.

ƏvvəlkiFutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib
NövbətiBolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir