ABŞ-da təyyarə qəzası baş verib

ABŞ-ın Kaliforniya Ştatında təyyarənin yerə düşməsi nəticəsində 5 nəfər ölüb.

Türk.az xəbər verir ki, kiçik mühərrikli təyyarə Kaliforniyanın cənubunda yerləşən ticarət mərkəzinin avtoparkına düşüb.

Avtoparkda ölən və yaralanan olmayıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.