ABŞ-da qar fırtınası səbəbindən yüzlərlə aviareys ləğv edilib

ABŞ-ın şimal-şərqində qar fırtınası səbəbindən 400-dən çox aviareys ləğv edilib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat verib.

Amerika saatı ilə çərşənbə axşamı səhər saatlarına qədər La Quardiya hava limanında 84 reys, Con Kennedi Beynəlxalq hava limanında təxminən 40, Loqan Beynəlxalq Hava Limanında isə 30-dan çox aviareys ləğv edilib. Bundan əlavə, 500-dən çox uçuş təxirə salınıb.

Qeyd edək ki, qar fırtınası Konnektikut, Nyu-York, Massaçusets, Nyu-Cersi və Rod Aylend ştatlarının bir sıra bölgələrində tüğyan edir.

Massaçusetsdə hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər ləğv edilib. Ştat səlahiyyətliləri, həmçinin elektrik enerjisinin mümkün kəsintisi barədə də xəbərdarlıq edib.

Yerli meteoroloji xidmətlərin proqnozuna görə, Bostonda yağıntı səviyyəsi 13 sm, Massaçusets, Vermont və Konnektikutun qərbində isə 25 sm-ə qədər çata bilər.

ƏvvəlkiNaxçıvan Penitensiar Xidmətin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri təsdiq edilib
NövbətiŞavkat Mirziyoyev: Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq