ABŞ-da paradda atışmada 6 nəfər ölüb, daha 24-ü xəsarət alıb

ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı baş verən atışmada azı 6 nəfər ölüb, daha 24 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” “ABC news”a istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, hücum edən şəxs təkbaşına hərəkət edib və onlarla atəş açıb.

Səlahiyyətlilərə görə, atəş açan şəxs azadlıqdadır və polis onu axtarır.

ƏvvəlkiPrezident İlham Əliyev: Azərbaycan ilə ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir
NövbətiBakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var