Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir – “Azərişıq”

İstehlakçılar tərəfindən elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma üçün müraciət daxil olduğu zaman sistem tərəfindən 400 metr məsafədə olan trasformator seçilir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin İnformasiya və Texnologiyalar Departamentinin rəisi Qalib Həmidov deyib.

O bildirib ki, qoşulma ilə bağlı müraciət, əsasən, bu proseslə tənzimlənir: “Sistem müraciət olunan ərazidən 400 metr məsafədə olan transformatorları seçir. Daha sonra qoşulacaq mənbə olan transformatorun gücünün verilən texniki şərtin gücünə uyğunluğu tənzimlənir. Bütün bu parametrlər sistem tərəfindən öyrənilərək məlumat verilir ki, müraciət əsasında filan nömrəli transformatora qoşulma həyata keçiriləcək.

Müraciət edən abonentlər (istər fiziki, istər hüquqi şəxs) yerin koordinatlarını onsuz da özləri daxil edirlər. Daxil etdikləri yerə uyğun da qoşulma mənbəsi seçilir. Ən optimal və gücü uyğun olan transformator seçimi aparılır. Süni intellekt sayəsində məsafə ölçülür, qoşulma yeri müəyyən olunaraq məbləğ hesablanır və abonentə yekun məlumat bildirilir”.

Xidmət rəisi deyib ki, bu zaman yaxınlıqda olan transformator yüklənmiş də ola bilər: “Buna operator yox, sistem qərar verir. Bu məqsədlə də qoşulma mənbəsinə uyğun olaraq ən münasib digər transformator seçilir”.

ƏvvəlkiBakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
NövbətiOrfoqrafiya lüğətində koronavirus, koronafobiya, koronaviruslu sözləri yer alıb