Abdulla Şaiqin mənzil-muzeyində poeziya gecəsi

Noyabrın 24-də Abdulla Şaiqin mənzil-muzeyində “Şairə Afaq Rafiq qızı ilə poeziya gecəsi” keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən muzeyin direktoru Ülkər Talıbzadə Afaq Rafiq qızının yaradıcılığından söz açıb. Qeyd edib ki, onun yaradıcılığı məhəbbət, ana və fəlsəfi mövzuları əhatə edir.

Digər çıxış edənlər Afaq Rafiq qızının şeirlərinin maraqla oxunduğunu qeyd ediblər.

Poeziya gecəsində müəllifin və qiraətçilərin ifasında şeirlər səslənib, fikir mübadiləsi aparılıb, slayd-şou nümayiş etdirilib.

Müzakirələrdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq doktoru Alla Bayramova, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri sənətşünaslıq doktoru Rəna Abdullayeva və başqaları iştirak ediblər.

Sonda Afaq Rafiq qızının imzası ilə oxuculara kitablar hədiyyə edilib.

Qeyd edək ki, Afaq Rafiq qızı üç “Ad günün mübarək, ruh!” (2000), “Təsadüfi xüsusiyyətləri sil…” (2003), “Ruhun simlərində” (2018) adlı şeir kitablarının müəllifidir.

ƏvvəlkiBakı Slavyan Universitetində ADMİU-nun 100 yaşı qeyd edilib
NövbətiTürk dünyası memarlarının Şuşada keçirilən beynəlxalq simpoziumunun ilk gününə yekun vurulub