ABA-nın prezidenti Türk Dövlətlərinin Banklar Assosiasiyaları Şurası sədrinin müavini seçilib

İstanbulda Türk Dövlətlərinin Banklar Assosiasiyaları Şurasının yaradılması barədə saziş imzalanıb.

Trend-ə şənbə günü Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən məlumata görə, Şuranın sədri vəzifəsinə Türkiyə Banklar Assosiasiyasının prezidenti Alpaslan Çakar, sədr müavini vəzifəsinə isə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev seçilib.

Şuranın yaradılmasından sonra onun ilk iclası keçirilib.

ƏvvəlkiMüdafiə Nazirliyində xidməti müşavirə keçirilib
NövbətiBakı metrosunda bir sıra struktur dəyişiklikləri baş verib