AAYDA: Zəfər yolu qardan təmizlənir

Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

AAYDA sürücülərə yollarda diqqətli olmağı və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.

ƏvvəlkiDaxili İşlər Nazirliyi sürücülərə müraciət edib
NövbətiMüşahidə olunan və gözlənilən hava şəraiti