Paşinyan olmadı, Çarukyan üçün yol açıldı

Ermənistanın baş naziri Qagik Çarukyan ola bilər.

 Türk.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.

“Konstitusiyaya əsasən, ikinci turda yalnız 35 deputat baş nazir postuna namizəd irəli sürə bilər. Hazırda Çarukyan Bloku 31 deputata sahibdir. Lakin Yelk və Daşnaksütyunla birləşən blok istədiyi yetərsayı əldə edir. Respublika Partiyasının Paşinyanı dəstəkləməməsindən sonra Paşinyan Çarukyanın baş nazir olması versiyası ilə razılaşa bilər”, – deyə məqalədə bildirilib.

ƏvvəlkiQuskanın istintaqa verdiyi qara siyahı – Sensasion adlar
Növbətiİrəvanda qarşıdurma gözlənilir – Rusiya xəbərdar etdi