İrəvanın bütün yolları bloklandı – Canlı Yeniləndi

İrəvanda etirazlar yenidən başlayıb.

 Türk.az xəbər verir ki, etirazçılar səhər saatlarından etibarən küçələrə çıxıblar. Onlar paytaxt yollarını bağlayırlar.

Artıq İrəvanın hava limanına gedən yol qapadılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb.

Qeyd edək ki, Paşinyan dünən baş nazir seçkisində üzləşdiyi maneədən sonra xalqı bütün Ermənistan ərazisində itaətsizliyə çağırmışdı.

***

İrəvanın hava limanına gedən yol, həmçinin şəhərin bütün giriş-çıxışları etirazçılar tərəfindən bloklanıb.

***

Ermənistan parlamentinin iclası baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Çarukyan Bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini bildirib.

 

ƏvvəlkiZaqatala sakini intihar edib
NövbətiQuskanın istintaqa verdiyi qara siyahı – Sensasion adlar