Sərkisyanın planına qarşı yüzminlər meydana çıxdı – Canlı

Onminlərlə etirazçı müxalif lider Nikol Paşinyanın ötəngünkü müraciətinə əsasən İrəvanın Respublika meydanına toplaşıb.

Türk.az xəbər verir ki, etirazçılar meydandakı iri monitorların qarşısına toplaşıb. Həmin monitorlarlarda parlamentdə saat 11:00-da başlanması nəzrədə tutulan baş nazir seçkisi canlı göstəriləcək.

Hazırda meydana insan axını davam edir.

Qeyd edək ki, bugünkü seçkidə baş nazirliyə yeganə namizəd Nikol Paşinyandır. Ötən gün onun seçiləcəyi ehtimalı yüksək olsa da, bu gün səhər saatlarında Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının parlamentdə təcili iclas keçirdiyi və baş nazir seçkisinə mane olmaq üçün plan qurduğu xəbəri yayılıb.

N.Paşinyan isə Feysbuk üzərindən RP-nin seçkiyə mane olmaq üçün gecə fövqəladə toplantı keçirdiyini bildirib və hamını meydana səsləyib.

 

ƏvvəlkiPərvin Abıyevanın qısa və cins şort stili – FOTO
NövbətiTürkiyədə Səadət Partiyası prezidentliyə namizədini elan edib