Qazaxıstan və Avropa İttifaqı (Aİ) Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətli potensialına və Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetiriblər.
AZƏRTAC Qazaxıstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu məsələlər xarici işlər naziri Muxtar Tleuberdi ilə Aİ-nin beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela arasında BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə nəzərdən keçirilib.
Tərəflər nəqliyyat və logistika, energetika, rəqəmsallaşma və investisiya əməkdaşlığı sahələrində birgə layihələrin praktiki həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və dövlət başçısının bu il Brüsselə səfərinin yekunları üzrə əldə olunmuş razılaşmalar nəzərdən keçirilib.




















































