ABŞ-nin Kaliforniya ştatının Anahaym şəhərində keçirilən “Microsoft Office Specialist (MOS) World Championship” müsabiqəsinin qlobal final mərhələsində Azərbaycan komandası uğurlu nəticə göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Məlumata görə, 42 ölkədən 300-dən çox iştirakçının mübarizə apardığı yarışda Hüseyn Şükürov 6-cı, Nəzrin Miriyeva isə 9-cu yeri tutub.























































