FED uçot dərəcəsini növbəti dəfə sabit saxlayıb

Federal Ehtiyat Sistemi (FED) İrandakı müharibə fonunda inflyasiyanın artması ilə bağlı narahatlıqlar səbəbindən faiz dərəcələrini sabit saxlayacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, FED faiz dərəcəsini hazırkı 3,5 faizdən 3,75 faizə qədər olan diapazonda dəyişməz saxlamaq üçün 9 səslə lehinə, 3 səslə əleyhinə səs verməklə qərar qəbul edib.

Bu, artıq qurumun faiz dərəcəsini dəyişməməklə bağlı il ərzində ardıcıl 5-ci qərarıdır.

ƏvvəlkiKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
NövbətiXV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub