Azərbaycanın çimərlik voleybolçuları Latviyada bürünc medal qazanıblar

Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionatda həm oğlan, həm də qız komandaları ilə təmsil olunub.

Oğlanların yarışında İbrahim Məmmədov və Məhəmməd Aslanlıdan ibarət cütlük 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Təmsilçilərimiz üçüncü yer uğrunda görüşdə Latviya yığmasını 2:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Qızların mübarizəsində isə Səbinə Əlizadə və Leyla Əliyevadan ibarət cütlük 27 komanda arasında yarışıb. Azərbaycan təmsilçiləri turniri 12-ci pillədə başa vurublar.

ƏvvəlkiAzərbaycan güləşçisi Avropa çempionu olub
NövbətiPrezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib