İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

İsrail Livanda atəşkəsi pozmağı davam etdirəcəyi təqdirdə, sərt cavabla üzləşə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bəyanatında bildirilib.

“Əgər İsrail Livanın cənubunda hücumlarını dayandırmasa, İran İslam Respublikasının Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir”, – deyə bəyanatda qeyd olunub.

Bəyanata görə, İsrail ordusu son iki gün ərzində Livanda atəşkəs rejimini 84 dəfə pozub.

ƏvvəlkiAlmaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
NövbətiPrezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib