İran Hörmüz boğazında nəqliyyatın hərəkətinin tam nəzarətində olduğunu iddia edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında gəmiçilik hərəkəti üzərində tam nəzarətə malik olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, teleqram kanalında dərc olunmuş açıqlamada deyilir: “Bütün hərəkət İran silahlı qüvvələrinin tam nəzarəti altındadır”.

Qeyd edək ki, ötən gün İslamabadda ABŞ-İran danışıqları keçirilib. 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb.

ƏvvəlkiTramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamağı tapşırıb
NövbətiXİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib