Beynəlxalq turnir: Azərbaycan gimnastı gümüş medal qazanıb

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, gənclər kateqoriyasında çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva gümüş medal qazanıb. O, top proqramında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.

ƏvvəlkiFHN Keşlədə su basmış ərazilərin sakinlərini təxliyə edir
NövbətiAzərbaycan gimnastı qızıl medal qazanıb