Azərbaycanın U-21 millisi səfərdə Bolqarıstan yığması ilə heç-heçə edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan yığma səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Əvvəlki“Tunel” faciəsi – İfadələr, həqiqətlər və ədalətin zəfəri
NövbətiTDT ölkələri birgə peyk formatı olan “CubeSat”ın orbitə buraxılışına hazırlıq görür