Qazaxıstanda avtobus qatarla toqquşub, xəsarət alanlar var

Qazaxıstanın Almatı vilayətində dəmir yolu keçidində sərnişin avtobusu qatarla toqquşub.

AZƏRTAC-ın Qazaxıstan mediasına istinadla verdiyi xəbərə görə, avtobus keçiddə kömür stansiyasından hərəkət edən qatara çırpılıb.

Hadisə zamanı xəsarət alan 6 nəfər tibb müəssisəsinə çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

ƏvvəlkiXalq artisti Rasim Balayev son mənzilə yola salınıb
NövbətiQazaxıstan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 10 milyard dollara çatdırılacaq