Air Canada Express təyyarəsinin La Quardia hava limanında nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya çatdırılıb.
“Report”un CNBC-yə istinadən verdiyi məlumata görə, bu barədə hava limanı administrasiyasının icraçı direktoru Ketrin Qarsiya bildirib.
Onun sözlərinə görə, zərər çəkənlərdən bəziləri ciddi xəsarətlər alıb, lakin kritik yaralananların sayı dəqiqləşdirilməyib.
























































