Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.

ƏvvəlkiTürkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub
NövbətiPrezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib