ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub

ABŞ ordusu Ərəbistan dənizində “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, ABŞ ordusunun Mərkəzi Komandanlığının sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins bildirib ki, İranın “Şahed-139” PUA-sı təyyarədaşıyan gəmiyə doğru uçuş həyata keçirib.

“Abraham Linkoln”da olan F-35C qırıcı təyyarəsi özünümüdafiə və təyyarədaşıyan gəmini və göyərtədəki şəxsi heyəti qorumaq üçün İran pilotsuz uçuş aparatını vurub”,-deyə məlumatda bildirilir.

ƏvvəlkiQəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır
NövbətiBMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında WUF13-ə həsr olunmuş tədbirlər keçirilib