Tramp şatdaunun qarşısını almaq üçün razılaşmaya yaxın olduqlarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bu həftə hökumətin bağlanmasının (şatdaun) qarşısını almaq üçün Demokratlar Partiyası ilə danışıqlar apardığını bildirib.

AZƏRTAC xəbər verir ki, kabinetin iclasında dövlət başçısı razılaşmaya yaxın olduqlarını deyib.

“Ümid edirəm ki, bağlanma olmayacaq. Hazırda bunun üzərində işləyirik. Düşünürəm ki, razılaşmaya yaxınlaşırıq. Demokratlar da inanmıram ki, bunu görmək istəyirlər. Ona görə də bağlanmamaq üçün ikitərəfli şəkildə işləyəcəyik. Bağlanmaq istəmirik”, – deyə Tramp qeyd edib.

ƏvvəlkiStiv Uitkof Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə bağlanacağını bildirib
NövbətiMilli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb