Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda gömrük orqanlarında səmərəli fəaliyyətinə görə komitənin iki əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər “Tərəqqi” medalı, 13 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin digər Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin bir əməkdaşına “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi, 3 nəfərə isə “gömrük xidməti general-mayoru” ali xüsusi rütbələri verilib.

ƏvvəlkiTramp: Bir ildə ABŞ iqtisadiyyatına sərmayələrin həcmi 18 trln. dollar təşkil edib
NövbətiLeyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər