Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam imzalayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker Sahibə Qafarova Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, bu sənəd parlamentlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlament komitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

ƏvvəlkiMilli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb
NövbətiMozambikdə vəbadan 32 nəfər ölüb