“Axios”: ABŞ, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu növbəti həftə Əbu-Dabidə keçiriləcək

ABŞ, Rusiya və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundu gələn həftə Əbu-Dabidə keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.

“Ukrayna rəsmiləri mənə bildirdilər ki, ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar “pozitiv” və “konstruktiv” olub. Növbəti danışıqlar raundu gələn həftə Əbu-Dabidə keçiriləcək”, – deyə o yazıb.

ƏvvəlkiBaş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!
Növbətiİstanbulda Azərbaycan caz musiqisinə həsr olunan konsert keçirilib