Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.

Hər iki dəvət məmnunluqla qəbul olundu.

ƏvvəlkiPrezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb
NövbətiPrezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb