Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

ƏvvəlkiFüzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbin uğurları və yeni hədəfləri
NövbətiPrezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb