ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib

ABŞ Dövlət Departamenti 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib.

AZƏRTAC-ın “Fox News”a istinadla verdiyi məlumata görə, bu, 2024-cü ildəki rəqəmdən iki dəfə çoxdur və bütün dövrlərin rekordudur. Ləğvlərin əksəriyyəti viza müddətini keçən işgüzar və turist səyahətçilər ilə bağlıdır. Həmçinin təxminən 8 min tələbə və 2500 ixtisaslaşmış işçilər də bu müddətdə hüquqi statuslarını itirib.

Departament sözçüsü bildirib ki, vizalarını itirən tələbələrin və işçilərin əksəriyyəti hüquq-mühafizə orqanlarında hansısa formada cinayət əməlinə cəlb olunan insanlardır.

ƏvvəlkiBakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib
NövbətiMəsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb