Bundesliqanın iki oyunu “Elli” fırtınası ilə əlaqədar təxirə salınıb

Almaniyanın bir sıra əyalətlərində tüğyan edən “Elli” fırtınası Bundesliqanın da oyunlarına təsir edib.

AZƏRTAC xəbər verir ki, Alman Futbol İttifaqı (DFB) ölkə çempionatının 16-cı turu çərçivəsində keçirilməli olan iki qarşılaşmanın – “Verder Bremen” – “Hoffenhaym” və “St Pauli” – “Leypsiq” görüşlərinin fırtına ilə əlaqədar təxirə salındığını açıqlayıb.

Hər iki klubun rəhbərlikləri stadionlarda xeyli həcmdə qar kütləsinin toplanması və ərazinin buz bağlanmasının oyunların keçirilməsinə imkan verməməsi barədə DFB-yə müraciət etdikdən sonra belə bir qərar qəbul olunub.

Hər iki oyunun yanvarın 10-da keçirilməsi nəzərdə tutulurdu.

ƏvvəlkiKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
NövbətiAfrika Millətlər Kuboku: Seneqal yarımfinala vəsiqə qazanıb