TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib

TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfər çərçivəsində Qazaxıstan Respublikasının Prezident Mərkəzini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, səfər zamanı TÜRKPA nümayəndə heyəti Mərkəzin geniş muzeyi ilə tanış olub, burada onlara Qazaxıstanın qədim dövrlərdən başlayaraq orta əsrləri, sovet dövrünü, müstəqillikdən əvvəl və sonrakı illəri, prezident institutunun fəaliyyətini, ölkənin mədəni-tarixi irsini əhatə edən geniş çeşidli eksponatlar nümayiş etdirilib.

Ziyarət zamanı Baş katibi onun müavini Talqat Aduov və protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər.

ƏvvəlkiLeyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün Yeni il şənliyi keçirilib
NövbətiTÜRKPA-nın Baş katibi Qazaxıstan Parlamentinin sədri ilə görüşüb