Azərbaycan və Avropa İttifaqı arasında siyasi, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq noyabrın 26-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında siyasi, iqtisadi əməkdaşlıq, həmçinin regional məsələlər müzakirə olunub. Tərəflər, eyni zamanda, Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

ƏvvəlkiBakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq
NövbətiTürkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib