Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıb

Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

ƏvvəlkiAzərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
NövbətiRubio: Ukrayna nümayəndə heyəti ilə görüşlərdən sonra sülh planına düzəlişlər etdik