Şalva Papuaşvili: Ukraynada müharibə dalana dirənib, vəziyyət ağırdır

Ukraynada vəziyyət ağırdır, müharibə dalana dirənib. Rəsmi Kiyev nə müharibəni davam etdirə, nə də onu bitirə bilmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, bəzi qüvvələr Gürcüstanda da məhz belə bir vəziyyətin olmasını istəyirdilər. Amma hökumət və gürcü xalqı buna imkan vermədi.

“Xarici qüvvələr, daxili müxalifət və bəzi QHT-lər bizi müharibəyə sürükləyirdi. O zaman biz deyirdik ki, biz gürcülər belə müharibələrin necə başladığını və necə bitdiyini acı təcrübəmizdən bilirik. Ona görə də Gürcüstan hökuməti xüsusilə ehtiyatlı davranırdı, çünki biz belə bir dağıdıcı müharibənin astanasında dayanmışdıq. Biz bunun qarşısını aldıq”, – deyə Papuaşvili vurğulayıb.

Parlament sədri deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski çətin seçim qarşısındadır. O, bu müharibəni nə davam etdirə, nə də onu bitirə bilər. Bu müharibənin həlli çətin, onu sona çatdırmaq daha çətindir.

ƏvvəlkiBakıda “Sülh Körpüsü” Təşəbbüsünün növbəti görüşü keçirilib
NövbətiLivan Prezidenti: Ordu cənubda nəzarəti ələ almağa hazırdır