“Lake Hotel”də elektrik cərəyanı vuran 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə “Report”un sorğusuna TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.























































