Ukrayna ATACMS raketləri ilə Rusiyadakı hərbi obyektləri vurub

Ukrayna Rusiyadakı hərbi obyektləri vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib”, – deyə Baş Qərargah bildirib.

Ukrayna müdafiəçilərinin hücum etdiyi konkret hədəflər hələ ki, məlum deyil. Hərbi komandanlıq hücumun əlamətdar hadisə olduğunu vurğulayıb.

Baş Qərargah əlavə edib ki, ukraynalılar ölkəyə qarşı davamlı hücumlara baxmayaraq, əzmkardırlar və qətiyyət nümayiş etdirirlər. “Uzaqmənzilli silahların, xüsusən də ATACMS-in istifadəsi davam edəcək”, – deyə məlumatda qeyd edilib.

ƏvvəlkiAğ Evdə Trampla Məhəmməd bin Salman arasında görüş keçirilir
Növbətiİspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib