BMW hidrogen mühərrikli modellərin istehsalı üçün 273 milyon avro dövlət dəstəyi alıb

BMW Almaniyanın digər avtomobil istehsalçılarından fərqli olaraq, mühərrik texnologiyası kimi hidrogenə yatırım edir. Federal hökumət və Bavariya əyaləti yanacaq əsaslı elektrik mühərrik sistemini inkişaf etdirmək üçün BMW-nin hidrogen layihəsini dəstəkləyir.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Berlində avtomobil istehsalçısına “HyPowerDrive” layihəsi üçün 273 milyon avro məbləğində maliyyə dəstək sənədi təqdim edilib. Bu məbləğin 191 milyon avrosu federal hökumət, 82 milyon avrosu isə Bavariya əyaləti tərəfindən ödəniləcək. Yeni modellərin 2028-ci ildən bazara çıxması planlaşdırılır.

BMW həmin ildən etibarən X5 SUV modelini hidrogenlə işləyən mühərriklə də təqdim etməyi planlaşdırır. Bu, elektrik, benzin, dizel və hibrid modellərə əlavə olacaq. Bununla da BMW hidrogenə yatırım edən yeganə alman avtomobil istehsalçısı olacaq. Avtomobil sənayesində bu mühərrik növü demək olar ki, əhəmiyyət daşımır. Çünki Almaniyada hidrogen yanacaqdoldurma məntəqələrinin sayı son vaxtlar azalıb. Həmçinin hidrogen digər mühərrik növləri ilə müqayisədə daha bahalı yanacaq sayılır.

ƏvvəlkiBakıda “Aİ və gənclər: Dayanıqlı gələcək naminə” adlı tədbir təşkil olunub
NövbətiTürkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər