Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə “Report”a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Bununla yanaşı, İslamabadda Parlament binası və Pakistan Ali Məhkəməsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

ƏvvəlkiVətən müharibəsi şəhidinə həsr edilmiş kitabın təqdimatı olub