ABŞ narkotik daşıyan növbəti Venesuela gəmisinə zərbə endirib

ABŞ Venesuelaya məxsus, narkotik daşıdığı deyilən daha bir gəmiyə zərbə endirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə Müharibə katibi Pit Heqset məlumat yayıb. O, bildirib ki, zərbə nəticəsində gəmidə olan 4 nəfər ölüb və əməliyyat zamanı heç bir ABŞ qüvvələri zərər çəkməyib:

“Gəmi Amerika istiqamətində xeyli miqdarda narkotik daşıyarkən, Venesuela sahillərinə yaxın beynəlxalq sularda vurulub”.

ƏvvəlkiMDU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib