Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub

Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.

Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ƏvvəlkiPrezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
NövbətiNəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” adlı sərgi açılıb