İsrail Ordusu Qəzza zolağında 4 hərbçinin öldüyünü bildirib

İsrail Ordusu Qəzza zolağında gedən döyüşlər zamanı yeni itkilər verib.

“Report” xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dörd hərbçi həlak olub. Bunlar 401-ci zirehli briqadanın üç çavuşu və hazırda şəxsiyyəti açıqlanmayan daha bir əsgərdir.

Onların hamısı Qəzza zolağının şimalında gedən döyüşlərdə ölüb.

ƏvvəlkiPaşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək
NövbətiTədris mövsümü ilə bağlı Bakının marşrut xətlərinə 100-dən çox avtobus cəlb ediləcək