Danimarkanın Baş naziri Fələstin dövlətinin tanınmasını istisna etməyib

Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Fələstin dövlətinin, demokratik olması şərtilə, tanınmasını istisna etmədiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz Fələstinin dövlət kimi tanınmasına “yox” demirik. Biz bunun tərəfdarıyıq. Amma təbii ki, onun demokratik dövlət olacağından əmin olmalıyıq”, – o deyib.

Frederiksen vurğulayıb ki, hazırda Danimarka Fələstini tanımağa hazır deyil, çünki Qəzza zolağının əhəmiyyətli hissəsi HƏMAS hərəkatının nəzarəti altındadır.

ƏvvəlkiMehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərlə bağlı paylaşım edib
NövbətiAbbas Əraqçi: İran təhlükəsizlik zəmanəti verilərsə, nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır