Tramp: Putin və Zelenski ilə görüş olacaq

“Sabah Prezident Putinlə görüşümüz var. Düşünürəm ki, bu, yaxşı olacaq, amma daha vacib görüş ikinci olacaq”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bu görüşdən sonra Putin və Zelenski ilə görüş olacaq. “Bəlkə bəzi avropalı liderləri də dəvət etdik. Düşünürəm ki, Putin və Zelenski sülh bağlayacaq. Görək onlar anlaşa biləcəklərmi? Son altı aydan bir az artıq dövrdə altı müharibəni həll etdim və bununla çox fəxr edirəm. Düşünürdüm ki, ən asanı bu olacaq .Əslində, ən çətinidir”, – deyə Tramp əlavə edib.

ƏvvəlkiZelenski: Ümidvaram ki, bu gün biz müharibəyə son qoymağa daha da yaxınlaşmışıq
NövbətiFHN: Sabirabadda bazar ərazisində yanğın baş verib