“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” (Şimali Makedoniya) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Kadi Borges, Nəriman Axundzadə, Marko Yankoviç və Leandro Andrade vurublar. Digər qolu isə rəqib öz qapısından keçirib.

“Şkendiya”nın heyətində yeganə qola Fabris Tamba imza atıb.

Bununla da “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edib.

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

ƏvvəlkiBirgə Bəyannamənin Cənubi Qafqazda sabit və davamlı sülhə töhfə verəcəyinə ümidvaram
NövbətiBeynəlxalq Gənclər Günü Beyləqanda maraqlı tədbirlərlə yadda qalıb