Ukrayna hərbçiləri Rusiya alayının komandirini öldürüblər

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun 69-cu motoatıcı diviziyasının 83-cü motoatıcı alayının komandirini öldürüb.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qüvvələr qrupunun bəyanatında bildirilib.

Əməliyyat məlumatlarına görə, öldürülən komandir, polkovnik Lebedev Xarkov vilayətində Velikoburluk istiqamətində hücum əməliyyatlarına rəhbərlik edirdi.

Əvvəlkiİsrail Livanda “Hizbullah”ın yüksək rütbəli komandirini zərərsizləşdirib
NövbətiBritaniya Qəzzaya humanitar yardım göndərəcək